Sahibkarlıq Qabiliyyəti

insana əmtəələrin istehsalı, satışı üçün resursların ən yaxşı uzlaşdırılmasını tapmaq və tətbiq etmək, səmərəli ardıcıl qərarlar qəbul etmək, yeniliklər yaratmaq və tətbiq etmək, əsaslanmış riskə getmək imkanı verən keyfiyyətlər, bacarıqlar, birliklər.
Sahibkarlıq İnhisarı
Sahibkarlıq Risklərinin Sığortalanması
OBASTAN VİKİ
Sahibkarlıq
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır. İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə "biznes" "sahibkarlıq" anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da kəsb etdiyi mənalara görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Biznes daha geniş məfhumdur. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir, onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Sadalanan biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, lakin öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər. Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir: — iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat; — öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi; — şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü; — qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
Qazaxıstanda sahibkarlıq
Qazaxıstandakı kiçik və orta sahibkarlıqlar (KOS) 2017-ci il üçün 1.45.994 müəssisə ilə təmsil olunur. 2010-cu ildən 2017-ci ilə qədər aktiv KOS-lərin sayı 661.598-dən 1.145.994-ə yüksəldi və bu artım orta hüquqi şəxslər istisna olmaqla bütün sahibkarlıq növlərində müşahidə edildi. 2012-ci ilədək Qazaxıstanda KOS-larda 1,8 milyon nəfər işləyir ki, bu da ümumi iqtisadi cəhətdən əhalinin 23% -dir. Eyni zamanda, Qazaxıstanın böyük şəhərlərində KOS-lərdə işləyənlərin sayı aktiv əhalinin 50% -ə çatır. Qazaxıstan sahibkarlığının inkişafı çərçivəsində 1997-ci ildə məqsədi "Sahibkarlığa maliyyə və məsləhət yardımı göstərmək" olan xüsusi bir dövlət fondu yaradılmışdır. Həmçinin, sahibkarlığa regional səviyyədə sahibkarlıq şöbələri tərəfindən xidmətlər göstərilir. 2011-ci ildə kiçik müəssisəyə xidmət dəstəyi verilən xüsusi bir "İş Yol Xəritəsi-2020" proqramı yaradıldı. Bu proqramın əsas operatoru "Damu" dövlət fondudur.Qazaxıstanda sahibkarlığı dəstəkləyən bir sıra QHT və ixtisaslaşmış dərnəklər mövcuddur. Xüsusilə, öz sıralarında Qazaxıstanın təşəbbüskar ittifaqlarını birləşdirən Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasını qeyd etmək olar. Qazaxıstanda sahibkarlığı dəstəkləyən ən qədim qeyri-hökumət qurumlarından biri 1992-ci ildə yaradılan Qazaxıstan Sahibkarlar Forumudur.
Alıcılıq qabiliyyəti
Alıcılıq qabiliyyəti (ing. purchasing power, rus. покупательная способность) valyutanın bir ədədinə alına bilən malların/xidmətlərin sayı. Misal üçün, əgər siz cibinizdə bir dollar ilə 1950-ci ildə mağazaya getsəydiniz, daha çox ala bilərdiniz, nəinki bu gün. Deməli, 1950-ci ildə bir dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Valyuta geniş mənada həm əmtəə pulu (qızıl, gümüş) həm də fiat pulu (ABŞ dolları) ola bilər. Adam Smit qeyd etdiyi kimi, pula sahib olmaq başqaların əməyini idarə etmək deməkdir. Ona görə də alıcılıq qabiliyyəti bir tərəfdən öz əməyi pula satmaq istəyən digər insanların üzərində hakimiyyət deməkdir. Əgər gəlir dəyişməz qalırsa, amma qiymətlər qalxır, onda b gəlirin alıcılıq qabiliyyəti düşür. İnflasiya baş verəndə birin pul gəlirin alıcılıq qabiliyyəti düşməyə də bilər, əgər qiymət dərəcəsindən daha tez artıra bilər.
Daşıma qabiliyyəti
Daşıma qabiliyyəti nəqliyyat vasitəsinin daşıya biləcəyi maksimum yük tutumunu bildirir. Avtomobillərdə boş çəkinin üstünə tam dolu vəziyyətdə depo ağırlıqları, oturacaq sayı qədər insan (təxminən 70 kq) və maksimum baqaj tutumu əlavə edilərək hesablanır. Xülasə olaraq, bir avtomobilin alt hissəsinin daşıya biləcəyi maksimum çəkidir.
Sövdələşmə qabiliyyəti
Sövdələşmə qabiliyyəti — mübahisəli situasiyada olan tərəflərin bir-birinə təsir göstərmək qabiliyyəti. Əgər hər iki tərəf debatda bərabər şəraitdə olarsa, o zaman onlar bərabər sövdələşmə qabiliyyətinə malik olarlar. Bu, tərəflərin ölçüsü və gücü, mövcud alternativlər və ünsiyyət kimi amillərdən asılıdır. Sövdələşmə qabiliyyəti əmək haqqı, qiymətlər və bazar strukturu kimi iqtisadi nəticələrə təsir göstərə bilər. Buna dövlət tənzimlənməsi və elmi-texniki tərəqqi kimi xarici amillər təsir edir. Sövdələşmə qabiliyyəti konsepsiyasının ardıcıl təhlil üçün mühüm əhəmiyyət kəsb etdiyi bir sıra sahələr var. Bunlara oyun nəzəriyyəsi, əmək iqtisadiyyatı, kollektiv sövdələşmələr, diplomatik danışıqlar, məhkəmə çəkişmələrinin həlli, sığortanın qiyməti və ümumilikdə istənilən danışıqlar daxildir. Sövdələşmə qabiliyyətinün bir neçə formulları hazırlanmışdır. Amerikalı iqtisadçı Nil Volverton Çemberlenə görə, A-nın sövdələşmə qabiliyyətinü B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərclərin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərə nisbəti kimi izah etmək mümkündür. A ilə fikir ayrılığının B üçün yaradacaq nisbətən yüksək həmcdəki xərci o deməkdir ki, A-nın sövdələşmə qabiliyyəti güclüdür.
Rəqabət qabiliyyəti
Rəqabət qabiliyyəti — müəyyən bir obyektin və ya subyektin müəyyən şərtlərdə rəqibləri üstələmək qabiliyyəti. Rəqabət qabiliyyəti subyektin öz növü ilə rəqabətə tab gətirmək qabiliyyətini, rəqabətli hərəkətləri yerinə yetirmək qabiliyyətini və s. göstərən xüsusiyyəti kimi də müəyyən edilir. Rəqabət qabiliyyətli obyektləri dörd qrupa bölmək olar : mallar; müəssisələr (mal istehsalçıları kimi); sənaye sahələri (mal və ya xidmətlər təklif edən müəssisələrin toplusu kimi); regionlar (rayonlar, bölgələr, ölkələr və ya onların qrupları). Bu baxımdan, belə növlər haqqında danışmaq adətdir: Milli rəqabət qabiliyyəti Məhsulun rəqabət qabiliyyəti Müəssisənin rəqabət qabiliyyəti Bundan əlavə, müəyyən obyektlərin rəqabət qabiliyyətini qiymətləndirən dörd növ subyekti əsaslı şəkildə ayırd edə bilərik: istehlakçılar; istehsalçılar; investorlar; dövlət.
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır. İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Torpağın udma qabiliyyəti
Torpağın udma qabiliyyəti— müxtəlif maddələrin ion və molekullarının torpaq tərəfindən udulub saxlanması, onun bərk fazası ilə təmasda olan müxtəlif maddələri torpağın özündə saxlamaq xassəsi. K. K. Hedroyss torpağın udma qabiliyyətini bioloji, mexaniki, fiziki, kimyəvi və fiziki-kimyəvi xassələrə ayırmışdır. Torpağın bioloji udma qabiliyyəti bitki köklərinin və mikroorqanizmlərin maddələri toplamaq qabiliyyətidir. Bioloji udma qabiliyyətinin torpaqmələgəlmədə böyük əhəmiyyəti vardır. Torpağın mexaniki udma qabiliyyəti torpaq məsamələrinin yüksək dispersli hissəcikləri udmasıdır. Torpağın fiziki udma qabiliyyəti torpağın çox xırda hissəciklərinin maddələri özünə cəlb etməsidir. Torpağın kimyəvi udma qabiliyyəti torpaqda gedən kimyəvi reaksiya nəticəsində pis həll olan və çöküntü verərək torpağın bərk hissəsi ilə qarışmasıdır. Torpağın fiziki-kimyəvi udma qabiliyyəti torpağın bərk hissəsi ilə torpaq məhlulu kationları arasındakı mübadilədir. Torpağın bu udma qabiliyyəti dağ süxurlarının aşınmasında, torpağın yuyulmasında əsas rol oynayır, bütün torpaq proseslərinə təsir edir, torpağın məhsuldarlığı ilə sıx əlaqədardır.
Müəssisənin rəqabət qabiliyyəti
Müəssisənin rəqabət qabiliyyəti — verilmiş bazarda təqdim olunan oxşar obyektlərlə müqayisədə konkret ehtiyacın faktiki və ya potensial ödənilmə dərəcəsi ilə xarakterizə olunan onun mülkiyyətidir. Philip Kotler deyir ki, rəqabətqabiliyyətlilik müəyyən bazarda oxşar obyektlərlə müqayisədə rəqabətə tab gətirmək qabiliyyətini müəyyənləşdirir. Müəssisənin rəqabət qabiliyyəti müəssisəni idarə edən şirkətin tutduğu rəqabət mövqeyi ilə təmin edilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində rəqabət qabiliyyətinin aşağıdakı beş amili fəaliyyət göstərir: keyfiyyət; qiymət; reklam; tədqiqat və inkişaf; xidmət Matris üsulları (şirkətin məhsul portfelinin qiymətləndirilməsi əsasında); Məhsul metodları (şirkətin məhsullarının rəqabət qabiliyyətinin qiymətləndirilməsi əsasında); Əməliyyat metodları (şirkətin əməliyyat fəaliyyətinin müxtəlif komponentlərinin qiymətləndirilməsi əsasında); Biznesin dəyərinin qiymətləndirilməsi üsulları (şirkətin bazar dəyərinin qiymətləndirilməsi əsasında); Dinamik üsullar (zaman ərzində şirkətin əsas iqtisadi göstəricilərinin qiymətləndirilməsinə əsaslanaraq). Стивен Силбигер. МВА за 10 дней: Самое важное из программ ведущих бизнес-школ мира. М.: Альпина Паблишер. 2014 [The Ten-Day MBA. A Step-by-Step Guide to Mastering the Skills Taught In America’s Top Business Schools]. ISBN 978-5-9614-4476-6.
Məhsulun rəqabət qabiliyyəti
Məhsulun rəqabət qabiliyyəti — məhsulun xüsusiyyətlərinin verilmiş bazarın tələblərinə və istehlakçı reytinqlərinə daha yaxşı uyğunluğu səbəbindən oxşar növ və təyinatlı digər məhsullarla müqayisədə cəlbedici olmaq qabiliyyəti. Məhsulun xüsusiyyətləri onun istehlak xüsusiyyətlərini müəyyən edir ki, bu da öz növbəsində bu məhsulun keyfiyyətinin bir sıra göstəricilərini ehtiva edir. Məhsulun rəqabət qabiliyyəti həm fərdi göstəricidən, həm də onların birləşməsindən (sinergiyadan) asılıdır. Məhsulun rəqabət qabiliyyəti məhsulu istehsal edən və paylayan firmaların tutduğu rəqabət mövqeləri ilə təmin edilir. Bir məhsulun rəqabət qabiliyyətini xarakterizə edən göstəricilər çox vaxt iki qrupa bölünür: Məhsulun istehlak xüsusiyyətlərini (keyfiyyətini) xarakterizə edən, onun faydalı təsirini təşkil edən göstəricilər. Onlar “sərt” və “yumşaq” göstəricilər toplusunu təmsil edir; Məhsulun iqtisadi xassələrini xarakterizə edən iqtisadi göstəricilər.
İqtisad və Sahibkarlıq Universiteti
İqtisad və Sahibkarlıq Universiteti — Qırğızıstan Respublikasıda olan ali təhsil müəssisəsi. İqtisad və Sahibkarlıq Universiteti 1 aprel 1993-ci il tarixli Qırğızıstan Prezidentinin №VII-100 qərarı ilə yaradılmışdır. Bu kararnameye görə universitetə ​​başlanğıcda Cəlal-Abad Ticarət İnstitutu adı verilmişdir. (2005-ci ildə İqtisad və Sahibkarlıq Universitetinə çevrilmişdir). 1993-ci ildə Cəlal-Abad Ticarət İnstitutu, Cəlal-Abad Oblast Dövlət İdarəsi, Qırğızıstan Təhsil Nazirliyi və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə əsasında Qırğız-Türk İşletme Fakültesi quruldu. 2008-ci ildən etibarən Türk Dünyası Qırğız-Türk İctimai Elmlər İnstitutu adını daşıyır. Bu institutun açılmasında Türk Dünyası Araşdırmaları Vəqfi başçısı Prof. Dr. Turan Yazqan'ın fəaliyyətləri böyükdür. Bu institutda Qırğızıstan vətəndaşları daxil Türkiyə, Rusiya, Qazaxıstan, Azərbaycan, Makedoniya, Gürcüstan, Suriya, Özbəkistan, Əfqanıstan vətəndaşları təhsil görməkdədirlər.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.